Anna Politkovskaya

Anna Politkovskaya
rus. А́нна Степа́новна Политко́вская
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi Qətlə yetirilib
Dəfn yeri
İxtisası Jurnalist
Təhsili
  • Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi[d] (–1980)
Fəaliyyəti jurnalist, insan hüquqları fəalı, yazıçı, sülh aktivisti, şair, aktivist
Fəaliyyət illəri 1982–2006
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Stepanovna Politkovskaya (qızlıq soyadı: Mazepa; 30 avqust 1958[1][2][…], Nyu-York, Nyu-York ştatı7 oktyabr 2006[3][4][…], Moskva]) — Rusiyada baş verən siyasi hadisələr və xüsusən də İkinci çeçen müharibəsi haqqında məqalələr yazıb[5] reportajlar hazırlayan rusiyalı jurnalist, yazıçı və insan haqları müdafiəçisi.[6]

Daha çox Çeçenistan münaqişəsi ilə bağlı araşdırmalar aparan xanım jurnalist Rusiya ordusunun münaqişə bölgəsində törətdiyi özbaşınalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş məqalələr yazıb.[7] O, həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovu da müxtəlif cinayətlərdə ittiham edib. Anna Politkovskaya "Putinin Rusiyası"[8] və "Putinsiz Rusiya", "Çeçenistan: Rusiyanın utancı" sənədli kitablarının müəllifidir. Həmin kitablarda prezident Vladimir Putinin siyasi kursu kəskin tənqid olunub.

Məhz Çeçenistanla bağlı reportajlarına görə o, ölkə və dünya miqyasında tanınmağa başlayır. 7 il ərzində bəzi qısnamalara və təhdidlərə baxmayaraq o, müharibə haqqında yazmaqdan çəkinməməmiş və fəaliyyətini əsasən bu sahəyə yönəltmişdir. O Çeçenistandakı rus hərbçiləri tərəfindən həbs olunaraq güllələnməsi imitasiya edilib. Daha sonra 2004-cü ildəki Beslan hadisələrini işıqlandırmaq üçün təyyarəyə minir. Burada içkisinə zəhər qatıldığı üçün zəhərlənir. Nəticədə Beslana gedə bilmir və Moskvada müalicə olunmağa başlayır.

Fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülən Politkovskaya 7 oktyabr 2006-cı il tarixində yaşadığı binanın liftində qətlə yetirilmişdir.[9][10][11][12] Onun ölümündə təqsirli bilinən beş nəfər 2014-cü ilin iyun ayında həbs cəzasına məhkum ediliblər, lakin bu günə qədər cinayəti kimin sifarişi olduğu, buna görə kimin ödəniş etdiyi haqda heç bir məlumat yoxdur.[13]

  1. http://www.britannica.com/EBchecked/topic/1263184/Anna-Politkovskaya.
  2. Anna Politkowskaja / Politkovskaya // FemBio database (alm.).
  3. http://www.timesonline.co.uk/article/0,,60-2394867,00.html.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Bekki Smit. "Azad jurnalistika Rusiyada öldürülüb / Independent journalism has been killed in Russia" (ing. ). theguardian.com. 11 oktyabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
  6. The Editors of Encyclopaedia Britannica. "Anna Politkovskaya" (ing. ). britannica.com. 31 dekabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
  7. Devid Herst. "Anna Politkovskaya" (ing. ). theguardian.com. 8 oktyabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
  8. "Путинская Россия" (rus. ). politkovskaya.novayagazeta.ru. 9 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
  9. Daria Solovyova. "Politkovskaya's Death, Other Killings, Raise Questions About Russian Democracy" (ing. ). worldpoliticsreview.com. 31 oktyabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
  10. Aleksandra Odinova. "Rusiya jurnalistlərin öldürülməsinə görə Avropada liderlik edir / Russia Leads Europe In Reporter Killings" (ing. ). moscowtimes.ru. 16 iyun 2009. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
  11. Amnesty International. Amnesty International Report 2009 (PDF). Şərqi Sasseks: Amnesty International Publications. 2009. səh. 272-273. ISBN 978-0-86210-444-3.
  12. "Anna Politkovskaya: Putinin Rusiyası / Anna Politkovskaya: Putin's Russia" (ing. ). bbc.co.uk. 9 oktyabr 2006. 7 yanvar 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
  13. Endryu Ros. "Jurnalistin ölümünə görə 5 həbs / Prison for 5 in Murder of Journalist" (rus. ). nytimes.com. 9 iyun 2014. 28 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search